Unibank Premyer Liqasının birinci dövrəsinin qalibi olan “Neftçi”nin qapıçısı Rauf Mehdiyev zədələnib. Qol.Az-ın məlumatına görə, paytaxt klubunun baş məşqçisi Arif Əsədovun son iki turda əsas heyətdə yer verdiyi qolkiper “Bakı” ilə son turun oyununda sıradan çıxıb. O, bu qarşılaşmanın 77-ci dəqiqəsində zədələnib və nəticədə ilk 9 turda komandanın qapısını qoruyan Paulius Qribauskasla əvəzlənib.
Hazırda həkimlər tərəfindən müalicə olunan qolkiperin zədəsinin nə dərəcədə ciddi olduğu haqda məlumat verilməsə də, qarşıdakı oyunlarda forma geyməsi sual altındadır.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi