İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2021" layihəsinin icrasına başlayıb.
Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında 7 nominasiya ("İlin İdman Xadimi", "İlin İdmançısı", "İlin Futbolçusu", "İlin Əcnəbi Futbolçusu", "İlin Komandası", "İlin Məşqçisi" və "İlin İdman Yarışı") üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər cavablarında təklif olunan namizədlərdən birini və ya özlərinin layiq bildikləri şəxsi göstərə bilərlər.
Yekunda ən çox səs toplayan namizəd Bakı Olimpiya Stadionunda idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "9 Qalib" adlı mərasimdə mükafatlandırılacaq. Tədbir zamanı İAM-ın xüsusi mükafatları da təqdim olunacaq.
Nominasiyalar və namizədlər bunlardır:
İlin İdman Xadimi
1. Çingiz Hüseynzadə - Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Atletika Federasiyasının prezidenti (Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında 3 gümüş, 4 bürünc, para-atletlər isə Yay Paralimpiya Oyunlarında 4 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqları üçün)
2. İlqar Rəhimov - Milli Paralimpiya Komitəsinin prezidenti (Azərbaycan paralimpiyaçıları Tokio-2020 Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş, 4 bürünc medal qazandıqları üçün)
3. Kəmaləddin Heydərov - Boks Federasiyasının prezidenti – Azərbaycan boksçuları dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazandıqları üçün)
4. Mahir Məmmədov - Şahmat Federasiyasının prezidenti (Azərbaycanın qadınlardan ibarət komandası Avropa çempionatında bürünc medal əldə etdiyi üçün)
5. Namiq Əliyev - Güləş Federasiyasının prezidenti əvəzi (Azərbaycan güləşçiləri Avropa, dünya çempionatları və Tokio-2020 Yay Olimpiya Oyunlarında medallar qazandıqları üçün)
6. Yaşar Bəşirov - Milli Karate Federasiyasının prezidenti (Azərbaycan karateçiləri Avropa, dünya çempionatları və Tokio-2020 Yay Olimpiya Oyunlarında medallar qazandıqları üçün)
7. Zaur Axundov - Futzal Federasiyasının və “Keşlə” klubunun prezidenti (Azərbaycan futzal yığması Avropa çempionatına vəsiqə qazandığı və “Keşlə” klubu Azərbaycan Kubokunu əldə etdiyi üçün)
İlin əcnəbi futbolçusu
1. Abdullah Zubir ("Qarabağ", Fransa)
2. Anatole Abanq ("Keşlə", Kamerun)
3. Davit Volkov ("Zirə", Gürcüstan)
4. Kadi Malinovski Borges ("Qarabağ", Braziliya)
5. Kevin Medina ("Qarabağ", Kolumbiya)
6. Mamadu Kane ("Neftçi", Qvineya)
7. Rafael Utziq ("Qəbələ", Braziliya)
8. Sabir Buqrin ("Neftçi", Belçika)
9. Yusuf Laval ("Neftçi", Nigeriya)
İlin futbolçusu
1. Aleksey İsayev ("Sabah")
2. Azər Salahlı ("Keşlə")
3. Coşqun Diniyev ("Zirə")
4. Emin Mahmudov ("Neftçi")
5. Filip Ozobiç ("Qarabağ")
6. Mahir Emreli ("Qarabağ" / "Legiya")
7. Namik Ələskərov ("Neftçi" / "Bursaspor")
8. Rəhim Sadıxov ("Sumqayıt")
9. Şahrudin Məhəmmədəliyev ("Qarabağ")
İlin İdmançısı
1. Hacı Əliyev – sərbəst güləşçi (Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı)
2. İrina Kindzerska – cüdoçu (Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, qadın cüdosunda Azərbaycanın ilk olimpiya medalının sahibi, "World Masters” turnirinin gümüş medalçısı)
3. İrina Zaretska – karateçi (Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı)
4. Lamiyə Vəliyeva – para-atlet (Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı)
5. Loren Berto Alfonso Dominges – boksçu (Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)
6. Mariya Stadnik – qadın güləşçi (Avropa çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)
7. Nəriman Abbasov - MMA döyüşçüsü (Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu)
8. Rafael Ağayev – karateçi (Avropa çempionatının və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş, dünya çempionatının (komanda) bürünc medalçısı)
9. Rafiq Hüseynov – yunan-Roma güləşçisi (Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı)
10. Roman Saley – para-üzgüçü (Tokio-2020 Yay Paralimpiya Oyunlarında para-üzgüçülük üzrə üç qızıl və medalın sahibi)
İlin Komandası
1. Aerodans üzrə komanda (Dünya çempionu)
2. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (Dünya Kubokunun bürünc medalçısı)
3. Futzal üzrə milli komanda (Avropa çempionatına vəsiqənin sahibi)
4. Karate üzrə kişilərdən ibarət komanda (Dünya çempionatının bürünc medalçısı)
5. "Keşlə" futbol komandası (Azərbaycan Kubokunun sahibi)
6. "Qarabağ" futbol komandası (Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı və UEFA Konfrans Liqasının qrup mərhələsindən növbəti mərhələyə vəsiqənin sahibi)
7. "Neftçi" futbol komandası (Azərbaycan Premyer Liqasının qalibi)
8. “Sumqayıt” futbol komandası (Azərbaycan Premyer Liqasının bürünc medalçısı)
9. Şahmat üzrə qadınlardan ibarət komanda (Avropa çempionatının bürünc medalçısı)
İlin məşqçisi
1. Aleksandr Tarakanov (Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi)
2. Denis Morozov (Karate üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi)
3. Fikrət Sideifzadə (Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi - kapitanı)
4. Joze Alesio da Silva (Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi)
5. Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi)
6. Namiq Abdullayev (Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi)
7. Samir Abasov (“Neftçi” futbol komandasının baş məşqçisi)
8. Sənan Qurbanov (“Keşlə” futbol komandasının baş məşqçisi)
9. Şəhriyar Abbasov (Nəriman Abbasovun şəxsi məşqçisi)
10. Umberto Orta Dominges (Boks üzrə Azərbaycan milli komandasının baş məşqçisi)
İlin İdman Yarışı
1. Aerobika gimnastikası üzrə dünya çempionatı
2. AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyunu
3. Batut gimnastikası üzrə dünya çempionatı
4. Bədii gimnastika üzrə Dünya Kuboku
5. Cüdo üzrə Böyük Dəbilqə
6. Formula 1 üzrə Azərbaycan Qran-prisi
7. Paracüdo üzrə Qran-pri
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır