Millimizin sabiq üzvləri İlqar Qurbanovla Ernani Pereyranın forma geydiyi “Mersin İdman Yurdu” Bank Asya birinci liqada növbəti oyununu keçirib və daha bir məğlubiyyətlə üzləşib. Qol.Az-ın məlumatına görə, mersinlilər bu dəfə doğma azarkeşlər qarşısında “Qaziantep BB” klubuna məğlub olublar. İlqar matçın 80-ci dəqiqədə meydana çıxıb və son 10 dəqiqədə mübarizə aparıb. Ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı olan Pereyra isə bu dəfə forma geyə bilməyib. Matçdan sonra məğlubiyyətin tək səbəbkarı kimi matçın baş hakimi Zəfər Dəmiri göstərən baş məşqçi Nurullah Sağlam bunları bildirib: “Karyeram ərzində ilk dəfədir ki, matçdan sonra oyunun baş hakiminin əlini sıxmadım. Çünki onun verdiyi qərarlarda səmimi olmadığını düşünürəm. İstər qapımıza təyin edilən penaltilər, istərsə də iki futbolçumuzun meydandan qovulması dediklərimə əsas ola bilər. Müvafiq qurumlara matçın videoyazısını izləməyi məsləhət görürəm. Qapımıza vurulan ikinci qolda da oyundankənar vəziyyət var idi. Hakimlər komitəsinin də bu matçı analiz etməsini istəyirəm.”. Baş məşqçi Sağlamla yanaşı matçdan sonra açıqlama verən mersinli futbolçular da hakim haqqında ağır sözlər işlədiblər. Xatırladaq ki, “Mersin İdman Yurdu” bu məğlubiyyətdən sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 6 həftədir ki, qələbəyə həsrət qalan mersinlilərin 10 xalı var.
“Mersin İdman Yurdu” - “Qaziantep BB” – 1:3
Qollar: Yunus, 49 – Eren, 42. Abdulla, 47. Ramazan, 74-pen.
Matçın 37-ci dəqiqəsində "Mersin İdman Yurdu"ndan Sərtaç, 61-ci dəqiqədə isə Nurullah qırmızı vərəqə ilə cəzalandırılıb.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı