Mahirdən qol ötürməsi, "Legiya"dan qələbə

Mahirdən qol ötürməsi, "Legiya"dan qələbə
XƏBƏR 28 Noyabr 2021 / 22:38 11371
-  A +

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda "Yaqelloniya" ilə üz-üzə gəlib. Görüş "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib. 

Beləliklə, ardıcıl 7 oyundur uduzan "Legiya" nəhayət uğursuz seriyaya son qoyub.

Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. "Legiya" digər komandalardan  2 oyun az keçirib.

 

28 noyabr

20:30. "Legiya" - "Yaqelloniya" - 1:0

Qol: Yohansson, 45


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki