Türkiyə Superliqasında 10-cu turunun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, dünən baş tutmuş qarşılaşmalardan ikisində meydan sahibləri, digər ikisində isə qonaqlar qələbəni bayram edən tərəf olub. Bu mənada “Beşiktaş”ın və “Kayserispor”un növbəti qələbəsini qazanması daha diqqətçəkən olub.
Qeyd edək ki, bu tur həmyerlimiz Rəşad Sadıqovun forma geydiyi “Eskişəhərspor” ilə “Ankaragücü” arasında Qaziantepdə keçirilmiş qarşılaşma qolsuz başa çatıb. İstanbulda baş tutmuş “Qalatasaray” - “Antalyaspor” qarşılaşması isə məhsuldar alınıb. Frank Raykaardın istefaya göndərilməsindən sonra baş məşqçi George Haci ilə anlaşan “sarı-qırmızılılar” rumıniyalı mütəxəssisin rəhbərliyində əzəli rəqibi “Fənərbaxça” ilə səfər qarşılaşmasından bir xalla dönmüşdü. Bu dəfə isə Hacinin yetirmələri doğma meydanda “Antalyaspor” üzərində qazanılan qələbəyə seviniblər. Lider “Bursaspor” ilə “Fənərbaxça”nın heç-heçə oynaması bu matçı daha da prinsipial hala gətirmişdi. Qazanılan qələbə ilə hesabındakı xalları 16-ya çatdıran “Qalatasaray” lider “Bursaspor” ilə xal fərqini 8-ə endirib. Superliqada cari tura bu gün keçiriləcək 1 oyunla yekun vurulacaq.
Türkiyə Superliqası
10-cu tur
29 oktyabr
“Bursaspor” – “Fənərbaxça” - 1:1
Qollar: İvan Ergiç, 51 - Semih, 17
30 oktyabr
“Eskişəhərspor” – “Ankaragücü” – 0:0
“Qaziantepspor” – “Karabükspor” – 0:0
“Qalatasaray” – “Antalyaspor” – 2:1
Qollar: Sərvət, 31. Pino, 34 – Musa, 55
31 oktyabr
“Gənclərbirliyi” – “Manisaspor” – 2:0
Qollar: Çalık, 34. Zek, 53.
“Kasımpaşa” – “Kayserispor” – 1:2
Qollar: Martin, 10 – Salayeta, 13. Amisulaşvili, 41.
“Bucaspor” – “İstanbul BB” – 0:2
Qollar: Akın, 76. Köşe, 81.
“Beşiktaş” – “Sivasspor” – 2:1
Qollar: Bobo, 5. Uysal, 23 – Pedriel, 67.
1 noyabr
23:00. “Konyaspor” – “Trabzonspor”
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı