Şefer hücumçuların zəif oyunundan şikayətləndi
“İki əzmkar komandanın oyununun şahidi olduq. “Neftçi” yan xətdən topu oyuna daxil edərkən qapımıza ilk qolu vurdu. Bundan sonra rəqib daha rahat oynadı və əks-hücumda ikinci qolu vura bildilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün “Neftçi”yə məğlub olan “Bakı” klubunun baş məşqçisi Vinfrid Şefer söyləyib. Təcrübəli baş məşqçi daha sonra bunları bildirib: “Çox istərdim ki, bu oyunda hücumçularımız daha aktiv olsun və qol vursun. Yarımmüdafiəçimiz Juninyonun zərbəsi qapı tirindən döndü. Gələn turda Epalle tam hazır formada olsa, komandamıza kömək edə biləcək”.