İngiltərə Premyer Liqasında 10-cu turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun əksər qarşılaşmaları elə ilk oyun günü keçirilib. Liderlər qrupunda yer alan komandalardan“Mançester Siti” xal itkisi ilə üzləşib. Səfərdə “Vulverhempton”la bacarmayan Mançester təmsilçisi vacib üç xalı əldən verib. Eyni şəhərin digər bir təmsilçisi “Mançester Yunayted” isə “Tottenhem” üzərində qazanılan qələbə ilə azarkeşlərini sevindirib. “Çelsi” isə səfərdə “Blekbern”lə qarşılaşıb və hesabda geri düşdüyü matçda əzmkar qələbə qazanıb. “Arsenal” da qələbəni son dəqiqələrdə bayram edib. 10-cu tura bu gün və sabah keçiriləcək oyunlarla yekun vurulacaq.
İngiltərə Premyer Liqası
10-cu tur
30 oktyabr
“Arsenal” – “Vest Hem” – 1:0
Qol: Sonq, 88
“Blekbern” – “Çelsi” – 1:2
Qollar: Benjani, 22 – Anelka, 39. İvanoviç, 84
“Everton” – “Stok Siti” – 1:0
Qol: Yakubu, 67
“Fulhem” – “Viqan” – 2:0
Qollar: Dempsi, 30. 44
“Vulverhempton” – “Mançester Siti” – 2:1
Qollar: Miliyas, 30. Eduards, 57 – Adebayor, 23-pen
“Mançester Yunayted” – “Tottenhem” – 2:0
Qollar: Vidiç, 31. Nani, 85
31 oktyabr
15:00. “Aston Villa” – “Birmingem Siti”
16:30. “Nyukasl” – “Sanderlend”
19:00. “Bolton” – “Liverpul”
1 noyabr
23:00. “Blekpul” – “Vest Bromviç”
| 1 | "Çelsi" | 10 | 8 | 1 | 1 | 27-3 | 25 |
| 2 | "Arsenal" | 10 | 6 | 2 | 2 | 22-10 | 20 |
| 3 | "Mançester Yunayted" | 10 | 5 | 5 | 0 | 22-12 | 20 |
| 4 | "Mançester Siti" | 10 | 5 | 2 | 3 | 13-10 | 17 |
| 5 | "Tottenhem" | 10 | 4 | 3 | 3 | 11-10 | 15 |
| 6 | "Vest Bromviç" | 9 | 4 | 3 | 2 | 13-15 | 15 |
| 7 | "Everton" | 10 | 3 | 4 | 3 | 10-8 | 13 |
| 8 | "Fulhem" | 10 | 2 | 6 | 2 | 12-11 | 12 |
| 9 | "Sanderlend" | 9 | 2 | 6 | 1 | 8-7 | 12 |
| 10 | "Bolton" | 9 | 2 | 6 | 1 | 13-13 | 12 |
| 11 | "Nyukasl" | 9 | 3 | 2 | 4 | 14-13 | 11 |
| 12 | "Aston Villa" | 9 | 3 | 2 | 4 | 9-13 | 11 |
| 13 | "Birminqem" | 9 | 2 | 4 | 3 | 10-12 | 10 |
| 14 | "Stok Siti" | 10 | 3 | 1 | 6 | 10-14 | 10 |
| 15 | "Blekpul" | 9 | 3 | 1 | 5 | 13-20 | 10 |
| 16 | "Viqan" | 10 | 2 | 4 | 4 | 7-18 | 10 |
| 17 | "Blekbern" | 10 | 2 | 3 | 5 | 9-12 | 9 |
| 18 | "Liverpul" | 9 | 2 | 3 | 4 | 9-14 | 9 |
| 19 | "Vulverhempton" | 10 | 2 | 3 | 5 | 10-16 | 9 |
| 20 | "Vest Hem" | 10 | 1 | 3 | 6 | 7-18 | 6 |
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi