Türkiyə Superliqasında 10-cu turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, dünən baş tutmuş qarşılaşmalardan ikisi qeyri-məhsuldarlığı ilə yadda qalıb. Bu matçlardan biri də həmyerlimiz Rəşad Sadıqovun forma geydiyi “Eskişəhərspor” ilə “Ankaragücü” arasında baş tutub. Qaziantepdə keçirilmiş qarşılaşma da qolsuz başa çatıb. İstanbulda baş tutmuş “Qalatasaray” - “Antalyaspor” qarşılaşması isə məhsuldar alınıb. Frank Raykaardın istefaya göndərilməsindən sonra baş məşqçi George Haci ilə anlaşan “sarı-qırmızılılar” rumıniyalı mütəxəssisin rəhbərliyində əzəli rəqibi “Fənərbaxça” ilə səfər qarşılaşmasından bir xalla dönmüşdü. Bu dəfə isə Hacinin yetirmələri doğma meydanda “Antalyaspor” üzərində qazanılan qələbəyə seviniblər. Lider “Bursaspor” ilə “Fənərbaxça”nın dünən heç-heçə oynaması bu matçı daha da prinsipial hala gətirmişdi. Qazanılan qələbə ilə hesabındakı xalları 16-ya çatdıran “Qalatasaray” lider “Bursaspor” ilə xal fərqini 8-ə endirib. Superliqada cari tura bu gün və sabah keçiriləcək matçlarla yekun vurulacaq.
Türkiyə Superliqası
10-cu tur
29 oktyabr
“Bursaspor” – “Fənərbaxça” - 1:1
Qollar: İvan Ergiç, 51 - Semih, 17
30 oktyabr
“Eskişəhərspor” – “Ankaragücü” – 0:0
“Qaziantepspor” – “Karabükspor” – 0:0
“Qalatasaray” – “Antalyaspor” – 2:1
Qollar: Sərvət, 31. Pino, 34 – Musa, 55
31 oktyabr
18:30. “Gənclərbirliyi” – “Manisaspor”
18:30. “Kasımpaşa” – “Kayserispor”
20:30. “Bucaspor” – “İstanbul BB”
22:00. “Beşiktaş” – “Sivasspor”
1 noyabr
23:00. “Konyaspor” – “Trabzonspor”
|
1 |
"Bursaspor" |
10 |
7 |
3 |
0 |
19 |
5 |
24 |
|
2 |
"Trabzonspor" |
9 |
6 |
2 |
1 |
23 |
7 |
20 |
|
3 |
"Kayserispor" |
9 |
6 |
2 |
1 |
14 |
4 |
20 |
|
4 |
"Fənərbaxça" |
10 |
5 |
3 |
2 |
25 |
12 |
18 |
|
5 |
"Antalyaspor" |
10 |
5 |
2 |
3 |
14 |
14 |
17 |
|
6 |
"Qalatasaray" |
10 |
5 |
1 |
4 |
14 |
13 |
16 |
|
7 |
"Karabükspor" |
10 |
4 |
3 |
3 |
15 |
14 |
15 |
|
8 |
"Ankaragücü" |
10 |
4 |
2 |
4 |
16 |
16 |
14 |
|
9 |
"Beşiktaş" |
9 |
4 |
1 |
4 |
14 |
10 |
13 |
|
10 |
"İstanbul BB" |
9 |
4 |
1 |
4 |
9 |
9 |
13 |
|
11 |
"Manisaspor" |
9 |
4 |
0 |
5 |
15 |
17 |
12 |
|
12 |
"Qaziantepspor" |
10 |
2 |
5 |
3 |
6 |
8 |
11 |
|
13 |
"Eskişəhərspor" |
10 |
2 |
4 |
4 |
7 |
10 |
10 |
|
14 |
"Gənclərbirliyi" |
9 |
2 |
2 |
5 |
7 |
16 |
8 |
|
15 |
"Bucaspor" |
9 |
1 |
4 |
4 |
5 |
8 |
7 |
|
16 |
"Sivasspor" |
9 |
1 |
4 |
4 |
8 |
20 |
7 |
|
17 |
"Konyaspor" |
9 |
1 |
3 |
5 |
9 |
17 |
6 |
|
18 |
"Kasımpaşa" |
9 |
0 |
2 |
7 |
6 |
26 |
2 |
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi