Qurban Qurbanov: "Ədalətli nəticə heç-heçə idi"

XƏBƏR 30 Oktyabr 2010 / 19:10 2203
-  A +

"Bugünkü oyun ağır oldu. Komandalar meydanda sonadək mübarizə apardı. Qapımıza bir zərbə vuruldu, o da qol oldu. Şansımız gətirmədi, oyunun ədalətli nəticəsi heç-heçə idi. Lənkərandakı oyun daha maraqlı olacaq". Qol.Az-ın məlumatına görə, bu sözləri turun mərkəzi qarşılaşmasından sonra keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov söyləyib. Qurban Qurbanov daha sonra bunları bildirib: "Vüqar Nadirovun oyunu məni narahat edir. Bu gün matçın gedişində dəyişiklik edəcəyinə inanırdım, əksinə gündən-günə oyununda geriləmə var".

Son xəbərlər