Nazim Süleymanov: "Gərgin və çətin matç olacağını bilirdik"
"Öncədən də bilirdik ki, gərgin və çətin oyun olacaq. "Muğan" mübariz komandadır. Hər iki komanda mövsümə Türkiyədə hazırlaşırdı, ona görə də "Muğan"ın nəyə qadir olduğunu bilirdik". Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün daha bir qələbə qazanaraq zirvə mübarizəsinə davam edən AZAL klubunun baş məşqçisi Nazim Süleymanov söyləyib. O, daha sonra bunları bildirib: "Komandanı qələbə münasibəti ilə təbrik edir və təşəkkür edirəm. Qələbəni klubun prezidenti Vaqif Qasımova hədiyyə edirik. "Muğan"a qarşıdakı oyunlarda uğurlar arzulayıram".