Almir Hurtiç: "Yaxşı oynayan komanda məğlub oldu"
"Bugünkü oyunda yaxşı oynayan komanda məğlub oldu. Lakin, bu, futboldur. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır". Qol.Az-ın məlumatına görə, AZAL-a məğlub olduqları matçdan sonra bu sözləri "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç söyləyib. Komandasının oyunundan razı qaldığını da dilə gətirən Hurtiç daha sonra bunları bildirib: "Komandamız yaxşı oynadı, lakin bəzən anlaşılmaz səhvlər buraxırdıq. Saşko Pandev hələ ki, komandaya tam uyğunlaşmayıb. Hədəfimiz ilk altılığa düşməkdir, sona qədər mübarizə aparacağıq".