"Bu məğlubiyyətdən sonra komandamız çox ağır vəziyyətlə üzləşib. Əsas heyətin bir neçə oyunçusu zədə səbəbindən bu oyunda da meydana çıxa bilmədi. Buna görə, əvəzedici heyətin 4-5 futbolçusunu əsas komandaya cəlb etdik". Qol.Az-ın məlumatına görə, bu sözləri bugün daha bir məğlubiyyətlə üzləşən MOİK klubunun baş məşqçisi Ramil Əliyev söyləyib. Daha sonra komandasının bir xala layiq oyun göstərdiyini dilə gətirən baş məşqçi bunları bildirib: "Fikrimcə, bu oyunda 1 xal qazanmalı idik, buna nail ola bilərdik. İkinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Meydana hücumçu buraxdıq, "Turan" oyunun sonlarında daha iki qol vura bilərdi. Qarşıdakı oyunlarda uğurlu çıxış edib xal ehtiyatımızı artırmağa çalışacağıq".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi