"Bu gün mütləq qalib gəlməli idik"
"Hər iki komandanın futbolçuları bu oyunun məsuliyyətini və ağırlığını başa düşürdü. Meydanda yaxşı oyun getdi". Qol.Az-ın məlumatına görə, bu sözləri mövsümdə ilk qələbəsini qazanan "Turan" klubunun baş məşqçisi Revaz Dzodzuaşvili deyib. Daha sonra təcrübəli məşqçi vacib qələbə qazandıqlarını da dilə gətirib: "Turnir cədvəlində MOİK-i qabaqlamaq üçün bu gün mütləq qalib gəlməli idik. Hər iki komanda autsayder qrupunda olmasına baxmayaraq, futbolçular yaxşı oyun göstərdi".