“Beşiktaş”a Kuaresmadan şok xəbər

“Beşiktaş”a Kuaresmadan şok xəbər
XƏBƏR 29 Oktyabr 2010 / 18:54 2387
-  A +

Bu gün “Beşiktaş” klubunun portuqaliyalı ulduzu Rikardo Kuaresmanın zədəsi haqqında gözlənilməz xəbər yayılıb. Qol.Az-ın Türkiyənin “NTV spor” kanalına istinadən verdiyi məlumata görə, Kuaresmanın gələn həftə səfərdə onanılacaq “Porto” ilə qarşılaşmada forma geyməyəcəyi dəqiqləşib. Uzun müddətdir ki, zədəli olan portuqaliyalı ulduzun yoxluğunda “Beşiktaş” bir-birinin ardınca uğursuz nəticələrə imza atır. Dünən İstanbula dönmüş Kuaresmanın zədəsinin yaxşılaşmağa doğru getdiyi və Avroliqadakı növbəti qarşılaşmada iştirak edəcəyi bildirilmişdi. Lakin adı çəkilən kanala məsələ ilə bağlı klubun həkimi açıqlama verib ki, bütün cəhdlərə baxmayaraq, portuqaliyalı ulduzun “Porto” ilə qarşılaşmada meydanda olması mümkünsüzdür.

Son xəbərlər