Rəqiblərimiz noyabrın 16-da müəyyənləşəcək

Rəqiblərimiz noyabrın 16-da müəyyənləşəcək
XƏBƏR 29 Oktyabr 2010 / 17:27 1553
-  A +

17 yaşadək qızlardan ibarət yığmalar arasında Avropa çempionatının püşkatması noyabrın 16-da keçiriləcək. Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtilə saat 12:00-da başlanacaq mərasimdə milli komandamız da yarışacaq. Hazırda komandalar üç səbətə bölünüblər. İlk iki səbətin hərəsindən 1, üçüncü səbətdən isə 2 yığma eyni qrupda yer alacaq. Səbətlərin tərkibi belədir:
A səbəti: Fransa, İspaniya, Norveç, İsveç, İngiltərə, İrlandiya, Danimarka, İsveçrə, Çexiya, Şotlandiya
Pot B: Finlandiya, Macarıstan, Ukrayna, İtaliya, Belçika, Polşa, Rusiya, Uels, İslandiya, Türkiyə
Pot C: Serbiya, Makedoniya, Avstriya, Sloveniya, Litva, Farer adaları, Qazaxıstan, Xorvatiya, Belarus, İsrail, Rumıniya, Azərbaycan, Latviya, Yunanıstan, Estoniya, Şimali İrlandiya, Bolqarıstan, Moldova, Gürcüstan, Bosniya və Herseqovina


Son xəbərlər