“Bunyodkor” ardıcıl 3-cü dəfə Özbəkistan çempionu oldu

XƏBƏR 29 Oktyabr 2010 / 15:50 1789
-  A +

Braziliyalı baş məşqçi Luis Felipe Skolarinin keçmiş klubu olan “Bunyodkor” Süperliqanın sonuna bir həftə qalmış Özbəkistan çempionu olub. Qol.Az-ın məlumatına görə, braziliyalı məşqçinin ölkəsinə dönməsiylə, komandanın kaptanı Rivaldo və digər braziliyalı futbolçularla da yollarını ayıran “Bunyodkor” evində qəbul etdiyi “Metallurq” klubunu 2:1 hesabı ilə məğlub edərək 64 xalla ölkə çempionluğunu elan etdi. Özbəkistan Superliqasının digər favorit komandası olan “Paxtakor” isə son oyun öncəsi topladığı 56 xalla ikinci olub.
Bu mövsümlə birlikdə 3 dəfə ardıcıl olaraq Süperliqanın qalibi olan “Bunyodkor”,  bununla da ilk dəfə yerli məşqçi Mircəlal Qasımovun rəhbərliyi altında ölkə çempionluğuna imza atmış oldu.
Qeyd edək ki, “Bunyodkor” klubu 2008-ci ildə Artur Ziko, 2009-cu ildə isə Skolarinin rəhbərliyi altında Özbəkistan çempionluğu sevincini yaşamışdı. 

Son xəbərlər