«Bakı» klubunun hücumçusu Bəxtiyar Soltanov 21 yaşlılardan ibarət milli komandanın düşərgəsinə dəvət alıb. Qol.Az-ın «Bakı»nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, fevralın 23-dən 26-dək Gürcüstanda təlim məşq toplanışı keçməyi planlaşdıran milli komandamız hazırlıq çərçivəsində gürcüstanlı həmkarları ilə yoxlama görüşü keçirəcək.
Qeyd edək ki, 19 yaşlı forvard yanvar ayında Belçıkanın «Anderlext» klubunun əvəzedicilər komandası ilə birgə məşqlər keçmiş, hətta «Brügge» ilə rəsmi oyunda meydana çıxmağa da şans qazanmışdı. Bu mövsumdən etibarən «Bakı»nın heyətində yer alan B.Soltanov premyer-liqada «Turan» və «Muğan»la oyunların ikinci hissəsində meydana çıxaraq 4 qola imza atıb.
U-21 əsas simalarından sayılan B.Soltanov ölkənin ən perspektivli gənc oyunçularından sayılır. «Bakı»nın Antalyada keçirdiyi yoxlama oyunlarında bir sıra klubların menecerlərinin Soltanovu izləmək üçün matçlara təşrif buyurması da təsadüfi deyil. Cokiça Hacıyevski B.Soltanovun böyük potensiala malik olduğunu bildirərək, onun Avropa səviyyəli klublarda oynamaq iqtidarında olduğunu deyib.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı