“Real Sosyedad” üçün Kral kubokunda faciəvi gecə

XƏBƏR 29 Oktyabr 2010 / 11:54 1806
-  A +

İspaniya kubokunda 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, əsasən, favorit komandaların üstünlüyü ilə keçən turda bir sıra gözlənilməz nəticələr qeydə alınıb ki, bu ənənə son oyun günündə də yaşanıb. “Atletik” səfərdə “Alkorkon”u minimal hesabla yenməyi bacarıbsa, “Deportivo” “Osasuna”yla heç-heçəyə razılaşıb. “Real Sosyedad” isə “Almeriya” ilə gecənin ən məhsuldar və prinsipial ev qarşılaşmasında məğlubiyyət acısı yaşayıb. Ən maraqlısı isə meydan sahiblərinin ilk yarıda əldə etdikləri 2:0 üstünlüyü matçın yalnız sonunda əldən verməsi olub.

İspaniya kuboku
1/16 final mərhələsi

26 oktyabr

“Real” (Mursiya) – “Real” (Madrid) – 0:0

“Keuta” – “Barselona” – 0:2
Qollar: Maksvell, 16. Rodriqes, 25.

27 oktyabr

“Loqrones” – “Valensiya” – 0:3
Qollar: Aduris, 55, 60. Visente, 80

“Real Yunyon” – “Sevilya” – 0:4
Qollar: Neqredo, 45, 58. Alfaro, 89. Karlos, 90
Matçın 50-ci dəqiqəsində meydan sahiblərindən Yuri qırmızı vərəqə ilə cəzalandırılıb.

“Kordoba” – “Rasinq” – 2:0
Qollar: Riera, 25. Kerio, 75

“Erkules” – “Malaqa” – 0:0

“Malyorka” – “Sportinq” – 3:1
Qollar: Kavenagi, 11, 33. Roşa, 90 – Barral, 58

“Poli Exido” – “Vilyarreal” – 1:1
Qollar: Morena, 90 – Altidor, 44

“Portuqalete” – “Xetafe” – 1:1
Qollar: Berqara, 52 – Korpa, 6

“Valyadolid” - "Espanyol" – 0:2
Qollar: Vazkez, 37, 55.
Matçın 21-ci dəqiqəsində meydan sahiblərindən Rueda meydandan qovulub.

“Xerez” – “Levante” – 2:3
Qollar: Joze Mari, 32. Bermeyo, 64 – Stuani, 60, 81. Qarsia, 88

“Real” (Betis) – “Saraqosa” – 0:1
Qol: Fernandez, 62-pen

“Universidad” – “Atletiko” – 0:5
Qollar: Qodin, 24. Aquero, 41, 53. Koşta, 48, Merida, 84

28 oktyabr
 
“Alkorkon” – “Atletik” – 0:1
Qol: Qurpeqi, 54.

“Osasuna” – “Deportivo” – 1:1
Qollar: Xuanfran, 67 – Saul, 70.

“Real Sosyedad” – “Almeriya” – 2:3
Qollar: Sarponq, 7. Elustondo, 31 – Qoytom, 66. Ulloa, 71; 88.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner