Hazırda Almaniya Bundesliqasının lideri olan “Maynts” klubunun futbolçusu Preston Zimmermanın Azərbaycandan təklif alması haqqında xəbərlər yayılıb. Qol.Az-ın məlumatına görə, “Maynts” klubunun əvəzedici komandasında çıxış edən 22 yaşlı yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etdirə bilər. Belə ki, Preston alman mətbuatına verdiyi müsahibədə Avropada oynamaq naminə istənilən ölkədə top qovmağa hazır olduğunu bildirib: “Avstriyanı tərk etdikdən sonra ümidsizliyə qapılaraq Türkiyəyə yollandım. Çünki Avropadakı futbol həyəcanından kənar qalmaq istəmirdim. Lakin çox təəssüf ki, mən orada da ehtiyat oyunçular skamyasında qalırdım. Təbii ki, bu da məni heç cür qane etmirdi. Belə bir vəziyyətdə isə Azərbaycandan təklif alacağım heç ağlıma da gəlməzdi”.
Qeyd edək ki, ABŞ-ın 23 yaşadək futbolçulardan ibarət millisinin də üzvü olan Preston 2007/08 mövsümündə “Hamburq”un əvəzedici komandasında çıxış edib. Bu ilin qışında isə klubsuz qalan amerikalı futbolçu həmin vaxt Almaniyaya qayıdıb və “Maynts”ın əvəzedici komandasında oynamağa başlayıb.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"