Türkiyə Kubokunda qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda “Beypazarı İlçe” stadionunda keçirilən “Beypazarı Şekerspor” - “Kardemir Karabükspor” oyununda maraqlı hadisə baş verib. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, qarşılaşmanın 86-cı dəqiqəsində “Karabükspor”un 1:0 üstün olduğu oyunda meydana gözlənilmədən vertolyot enib. Belə ki, İlçe bölgəsində yerə enmək üçün başqa uyğun bir sahə olmadığı üçün vertolyot stadionda ürək tutmasından əziyyət çəkən azarkeşə yardım göstərmək məqsədilə birbaşa futbol meydançasına enmək məcburiyyətində qalıb. Bu isə oyunun təxminən 10 dəqiqə dayanmasına səbəb olub. Oyunu yarımçıq saxlayan baş hakim Ercan Hellaç ilə yanaşı, bütün futbolçular və stadionu dolduran azarkeşlər də vertolyotun qalxmasını gözləyiblər. Təcili yardım vertolyotu 76 yaşındakı xəstə Kemal Saraçoğlunun müalicəsini davam etdirmək üçün onu paytaxt Ankaraya aparıb. Bundan sonra davam etdirilən matçın əsas vaxtı isə 1:1 hesabı ilə başa çatıb. Oyundan sonra təyin edilən penaltiləri isə meydan sahibləri daha dəqiq yerinə yetirərək matçdan 5:4 hesabı ilə qalib ayrılıblar. Qarşılaşmadan sonra “Karabükspor” klubunun qapıçısı Bülent Ataman, “oyunun sonlarına yaxın vertolyotun stadiona enməsinin ona psixoloji cəhətdən pis təsir etdiyini və buna görə də bərabərlik qoluna əngəl ola bilmədiyini” bildirib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
İngiltərə Xorvatiyaya, İspaniya Çexiyaya qarşı
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi