“Azərbaycanla oyuna ciddi hazırlaşmışdıq”

“Azərbaycanla oyuna ciddi hazırlaşmışdıq”
XƏBƏR 28 Oktyabr 2010 / 13:11 1679
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirilmiş Çernoqoriya – Azərbaycan oyunundan sonra Çernoqoriya yığmasının baş məşqçisi Sava Koveçeviç AFFA-nın rəsmi saytına fikirlərini bildirib: «Azərbaycan yığmasının Portuqaliya və Şimali İrlandiya komandaları ilə keçirdiyi oyunların videoyazısına baxmışdıq. Həmin qarşılaşmalarda məğlub olmasına baxmayaraq, rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Bu oyuna ciddi hazırlaşmışdıq və düşünürəm ki, layiqli qələbə qazandıq».


Son xəbərlər