Bu gün keçirilən iki oyunla futbol üzrə NBC Bank Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, öz meydanında Premyer Liqa təmsilçisi MOİK-i qəbul edən “Abşeron” rəqibini biabırçı hesabla məğlub edərkən, digər Premyer Liqa təmsilçisi “Gəncə” isə səfərdə Qusarın “Şahdağ” klubunu 3 cavabsız qolla məğlub edib. Əlbəttə ki, burada əsas diqqət çəkən məqam Premyer Liqa təmsilçisi olan “hərbçilər”in rəqibinə heç bir müqavimət göstərə bilməməsidir. MOİK-dən fərqli olaraq “Gəncə” səfərdə oynamasına baxmayaraq, rəqibi üzərində inamlı qələbə qazanmaqla kuboka olan iddiasını davam etdirir. Beləliklə, “Gəncə” və “Abşeron” klubları da kubokun 1/8 final mərhələsinə vəsiqə qazandılar.
Ölkə kubokunun 1/16 final mərhələsinin ilk oyun günü isə daha çox meydan sahiblərinin məğlub olması ilə yadda qalmışdı. Belə ki, öz meydanında çıxış edən “Karvan” , “Bakılı” , “Anşad Petrol” və “Şəmkir” klublarının hamısı rəqiblərinə məğlub olmaqla mübarizəni elə ilk mərhələdən dayandırmışdılar. Səfərdə qələbə qazanan “MKT-Araz” , “Neftçi” İSM, “Şuşa” və “Rəvan” klubları isə ölkə kubokunun 1/8 final mərhələsinə yüksəliblər. Təbii ki, bu mərhələdə “Şuşa” klubunun inamlı qələbə qazanması bir qədər gözlənilməz olsa da, bu onların kuboka olan iddiasından xəbər verir. Lakin bir vaxtlar Azərbaycan çempionu olan “Şəmkir” komandasının uğursuz çıxış etməsi isə təəssüf doğurmaya bilməz. Ümumilikdə isə bu mərhələdə keçirilən 6 oyunda qapılara 16 qol vurulub.
Beləliklə, NBC Bank Azərbaycan kubokunun 7-8 dekabr 2010-cu il tarixlərində keçiriləcək 1/8 final mərhələsinin oyunlarında aşağıdakı cütlüklər qarşılaşacaq:
NBC Bank Azərbaycan kuboku
1/8 final mərhələsi
”Gəncə” - "Neftçi"
“Xəzər Lənkəran” – “MKT-Araz”
“Qəbələ” – “Neftçi” İSM
“Bakı” – “Muğan”
“Simurq” – “Abşeron”
“Şuşa” – “İnter”
“Rəvan” – AZAL
“Qarabağ” – “Turan”
Qeyd edək ki, bu mərhələnin də oyunları bir qarşılaşmadan ibarət olacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
İngiltərə Xorvatiyaya, İspaniya Çexiyaya qarşı
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video