“Neftçi” “Qalatasaray”a keçən məşqçiyə əvəzedici tapdı

“Neftçi” “Qalatasaray”a keçən məşqçiyə əvəzedici tapdı
XƏBƏR 27 Oktyabr 2010 / 16:23 2013
-  A +

Türkiyənin “Qalatasaray” futbol klubunda fiziki hazırlıq üzrə məşqçi kimi işə başlayan Covanni Melkiorrenin əvəzinə “Neftçi” komandasına yeni mütəxəssis dəvət edilib. Flaqmanın baş məşqçisi Arif Əsədovun Lent.az-a verdiyi məlumata görə, bu, İlqar Əliyevdir.
Artıq məşqlərdə də iştirak edən Əliyev “Neftçi”yə məhz Əsədovun istəyilə cəlb olunub. Yeni məşqçi əvvəllər AZAL klubunda çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim işləyən Əliyev məşqçilər üçün seminarlarda fiziki hazırlıq üzrə mühazirələr oxuyub. Əsədov ən azı qış fasiləsinədək azərbaycanlı mütəxəssislə işləmək istədiklərini də vurğulayıb.
Qeyd edək ki, Covanni Melkorre yeni baş məşqçi George Hacının istəyilə “Qalatasaray”a fiziki hazırlıq üzrə məşqçi təyin olunub.

Son xəbərlər