Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadion təmirə bağlanıb. Bu haqda Lent.az-a stadionu icarəyə götürən “Qarabağ” futbol klubunun icraçı direktoru Əmrah Çəlikəl verib. Onun sözlərinə görə, hazırda meydançanın ot örtüyünün bərpası və lazımi vəziyyətə gətirilməsi yönündə işlər aparılır. Çəlikəl ayyarımdan sonra ev oyunlarını yenidən həmin arenada keçirəcəklərini açıqlayıb. Həmin vaxtadək isə “Qarabağ” rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Klub rəsmisi ötən mövsümdəki kimi, Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionunda çıxış etmək fikrində olmadıqlarını bildirib: “Bu, komanda rəhbərliyinin qərarıdır. Səbəb isə Ağdamda kollektivin qalması üçün şəraitin yoxluğu ilə əlaqədardır. Bizim Bakıda bazamız, icarəyə götürdüyümüz meydançamız var. Futbolçularımızın evləri də paytaxtdadır. Ağdam və onun ətrafındakı ərazilərdə isə ən yaxın otel Mingəçevirdə yerləşir. Oradan komandamız Quzanlıyadək kifayət qədər yol qət etməli olurdu. Gələcəkdə nə olacağını deyə bilmərəm, amma hazırda Quzanlıda oynamaq fikrimiz yoxdur. Bu barədə dəfələrlə açıqlama vermişik”.
Qeyd edək ki, “Qarabağ” klubu Unibank Premyer Liqasının XI turunda “Xəzər Lənkəran”la üz-üzə gələcək. Oktyabrın 30-da keçiriləcək görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
İngiltərə Xorvatiyaya, İspaniya Çexiyaya qarşı
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video