“Xəzər Lənkəran” argentinalı hücumçusuyla yollarını ayırır

“Xəzər Lənkəran” argentinalı hücumçusuyla yollarını ayırır
XƏBƏR 26 Oktyabr 2010 / 18:50 1746
-  A +

“Xəzər Lənkəran” yayda transfer etdikləri argentinalı futbolçusu Dieqo Alexandro Ruislə yollarını ayırır. Qol.Az-ın məlumatına görə, buna səbəb 30 yaşlı təcrübəli futbolçunun baş məşqçi Mirça Rednikin etimadını doğrultmamasıdır. Artıq rumıniyalı mütəxəssis sözügedən oyunçunu əvəzedici heyətə göndərib. Lakin onunla əməkdaşlığın tam dondurulması gözlənilir. Artıq tərəflər bu haqda ikitərəfli danışıqlar da aparıblar və qarşılıqlı razılıq əsasında yollarını ayırmağa razıdırlar. Ruisin uzaqbaşı qış fasiləsinə kimi əvəzedicilərin heyətində yer alacağı və məhz həmin dövrdə göndərilməsi gözlənilir.

 


Son xəbərlər