“Ayın futbolçusu seçildiyimə görə çox xoşbəxtəm. Məni bu mükafata layiq gördükləri üçün bütün jurnalistlərə, məşqçilərə, futbolçulara və başda Peşəkar Futbol Liqasına öz minnətdarlığımı bildirirəm. Bu mənim üçün bir qədər gözlənilməz oldu. Çünki bu mübarizədə Kamran Ağayev və Bahodır Nəsimov kimi futbolçuları qabaqlamağımın özü də bir uğurdur. Bunu bacardığım üçün çox sevincliyəm. Bundan sonra da Azərbaycan futbolunun inkişafı üçün əlimdən gələni əsirgəməyəcəm. Arzu edirəm ki, klublarımız da Avroliqa yarışlarında uğurlu çıxış edərək azarkeşlərimizi sevindirsin”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Gəncə”nin hücumçusu Samir Zərgərov söyləyib.
Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının birgə təşkilatçılığı ilə mətbuat işçiləri arasında keçirilən sorğunun nəticələrinə əsasən sentyabr ayının ən yaxşı oyunçusu mükafatına sahib çıxan Samir bu gün “Uniplaza”da təşkil edilən təqdimat mərasimində çıxış edərkən, milli komandada oynamaq arzusunu da gizlətməyib: “Çox istərdim ki, milli komandanın heyətinə dəvət alım. Yığma komandada oynamaq hər bir futbolçunun arzusu olduğu kimi, mənim də əsas məqsədlərimdən biridir. Əgər “Gəncə” klubu “altılığ”a düşməyi bacararsa, bu mənim də işimə yarayacaq. İlk “altılıq”dakı oyunların hamısı gərgin keçdiyi üçün, burada mənim öz oyunumu artırmaq imkanım olacaq. Belə olan təqdirdə isə millinin baş məşqçisi Berti Foqtsun diqqətini cəlb edə bilərəm. İnanıram ki, bu istəyimə nail olacağam”.
Son zamanlar “Gəncə”nin heyətində əla oyun nümayiş etdirən 24 yaşlı futbolçu klubunun son turda “Neftçi”yə biabırçı məğlub olmasına da öz münasibətini bildirib: “Komanda olaraq “Neftçi” ilə oyuna çox yaxşı başlamışdıq. Lakin birinci hissədə Mətləb Məmmədovun qırmızı vərəqə alaraq meydanı tərk etməsi bizə psixoloji cəhətdən mənfi təsir etdi. Meydanda 10 nəfər qaldıqda belə rəqibə qarşı əzmkar futbol nümayiş etdirirdik. Ancaq sonradan bir-iki futbolçumuzun da zədələnərək meydanı tərk etməsi bizim yarımmüdafiə xəttini daha da zəiflətdi və nəticədə acınacaqlı məğlubiyyətə uğradıq. Bununla belə, qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. İnanıram ki, kubok oyununda yenidən “Neftçi” ilə qarşılaşacaq və onlardan öz qisasımızı alacağıq”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
İngiltərə Xorvatiyaya, İspaniya Çexiyaya qarşı
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video