Türkiyə yığma komandasının və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Nuri Şahin ölkəsindən olan jurnalistin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, milli komanda və “Borussiya”dakı çıxışı ilə bağlı fikirlərini bildirən Nuri Türkiyə klublarından təklif aldığını söyləyib: “Türkiyədə bir klubdan transfer təklifi almışam. Ancaq mən Almaniya, İngiltərə və ya İspaniyada oynamaq istəyirəm. Buna görə də müraciət edən klubun rəsmilərinə təşəkkürümü bildirdim və təklifi qəbul etmədim”.
Hazırda heç bir transfer söyləntiləri ilə maraqlanmadığını dilə gətirən Nuri daha yüksək məqsədlər uğrunda mübarizə aparacağını bildirib: “Borussiya” ilə 2013-cü ilə qədər müqaviləm var. Hazırda transfer barədə düşünmürəm. Ancaq hər futbolçu kimi mənim də xəyalımda “Real” kimi klublar var. Bu cür klublardan təklif alsam, düşünərəm. Niyə də olmasın?! Ancaq hər kəs bilsin ki, indi öz komandamın uğur qazanması üçün mübarizə aparıram”.
Türkiyə millisinin Almaniya və Azərbaycana məğlub olması ilə bağlı da sualı cavablandıran gənc futbolçu qrupda hələ də şanslarının davam etdiyini bildirib: “Düzdür, Almaniya və Azərbaycan milli komandalarına qarşı məğlubiyyət bizə pis təsir etdi, ancaq şansımız hələ də davam edir. Ümid edirəm ki, hər şey qaydasına düşəcək”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
İngiltərə Xorvatiyaya, İspaniya Çexiyaya qarşı
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video