Unibank Premyer Liqasının 10-cu turunda “Turan”la qarşılaşan “Xəzər Lənkəran” üçün 2:0 hesablı qələbə yubileylə əlamətdar olub. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, bu matçda qazanılan qələbə digərləri ilə müqayisədə xüsusi çəkiyə malikdir. Söhbət uğurun yubiley ilə əlamətdar olmasından gedir. “Xəzər Lənkəran” indiyədək Premyer Liqada 99 dəfə qalib gəlmişdi ki, “Turan”la matçda qazanılan 3 xal çempionatdakı 100-cü qələbə sayəsində mümkün olub. Komanda bu yubileyi 3 tur idi gözləyirdi. “Bakı” ilə (1:1) 8-ci turun Lənkəranda və “Gəncə” ilə (1:4) 9-cu turun səfərdəki matçlarında 100-cü qələbə arzusu təxirə salınırdı. Bu dəfə isə yubileyə mane olan tapılmadı.
Qeyd edək ki, 6 ildir yaranan “Xəzər Lənkəran” tarixinin ilk qələbəsini 2004-cü ildə qazanıb. 2004/05 mövsümünün 2-ci turunun avqustun 12-də keçirilən görüşündə lənkəranlılar gücünü “Şəfa”ya göstəriblər – 2:1. 50-ci yubiley qələbəsi isə 2006/07 mövsümünün son turuna, çempionluğun rəsmiləşdiyi qarşılaşmaya təsadüf edib. 2007-ci il mayın 23-də Qəbələdə “Gilan”ı 3:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” həm çempionluğu əldə edib, həm də 50-ci dəfə 3 xalı qazanan tərəf olub.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil