Kramarenko: “AZAL ilə oyunda baş verənlər daha çox təsadüfdür”

Kramarenko: “AZAL ilə oyunda baş verənlər daha çox təsadüfdür”
XƏBƏR 26 Oktyabr 2010 / 11:17 1597
-  A +

Son ölkə çempionu “İnter”in yayda “Xəzər Lənkəran”dan sıralarına qatdığı təcrübəli qapıçısı Dmitri Kramarenko klubunun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, millimizin də şərəfini qorumuş təcrübəli qolkiper bir sıra maraqlı məqamlara münasibətini açıqlayıb.
- Dmitri, qarşılaşma haqqında təəssüratlarınızı bizimlə bölüşərdiniz...
- Çox çətin, gərgin oyun oldu. Uşaqlar çox çalışdılar və layiqli qələbə qazandılar. AZAL ilə böyük hesablı məğlubiyyətdən sonra qalib gəlməyi və azarkeşlərin gözündə bəraət qazanmağı çox istəyirdik.
- Belə çıxır ki, AZAL ilə uğursuz oyun nədəsə kömək oldu? Daha yaxşı köklənməyə kömək etdi?
- Belə deməzdim. Biz hər bir oyuna son döyüş kimi maksimum dərəcədə köklənirik. AZAL ilə oyunda baş verənlər - daha çox təsadüfdür, nəinki qanunauyğunluq. “Bakı” komandasıyla qarşılaşmada da biz bunu sübut etmək üçün əlimizdən gələni etdik.
- Bu qələbə “İnter”i üçüncü yerə çıxardı...
- Bəli, bu yaxşıdır. İrəliyə doğru addımlayacağıq, daha yüksəyə qalxmağa nail olacağımıza ümid edirəm.
- Birinci hissədə zədə aldınız, amma oyunu davam etdirməyi bacardınız. Həmin epizodda nə baş verdi?
- Çıxışda oynayan zaman baldırla pəncəni birləşdirən hissədə zədə aldım. Ağrı hiss etdim, amma oyunu davam etdirməyi bacardım.

Son xəbərlər