“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne bu mövsüm Çempionlar Liqasının favoritlərindən hesab olunmalarına münasibət bildirib.
Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi turnirin qrup mərhələsinin 3-cü turunda “Brügge” ilə matç öncəsi UEFA-nın saytına açıqlamasında yarışın qalibi olmaq istədiklərini deyib:
"Azarkeşlər bizim Çempionlar Liqasını qazanmağımızı gözləyirlər. Biz də qalib olmaq istəyirik. Həmişə mübarizə aparmağa çalışırıq. Son 6 il ərzində 1/8 finala, 1/4 finala adlamağı bacarırıq. Bəzən daha da irəli addımlayırıq. Həmişə mübarizə aparırıq, çalışırıq. Bu turniri qazanmaq istəyirik”.
Qeyd edək ki, bu gün keçiriləcək “Brügge” – “Mançester Siti” görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı