İtaliya A Seriyasında 8-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan son oyun gününün yeganə - qapanış matçında “Milan” çətin rəqiblərindən “Napoli”nin qonağı olub. Meydan sahibləri qələbə qazanmaqla, bu rəqibini turnir cədvəlində qabaqlamaq imkanına malik olsalar da, bundan yararlana bilməyiblər. Əvəzində Milan təmsilçisi çətin qələbə sayəsində ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, hesabat turunun ilk oyun günündə həmişəkindən fərqli cəmi bir qarşılaşma keçirilmiş və doğma divarlar arasında “Bari” ilə qarşılaşan “Fiorentina” nəhayət ki, uğursuz oyunların ardından qələbə sevinci yaşaya bilmişdi. İkinci oyun günündə isə cari mövsüm heç də uğurlu çıxışıyla seçilməyən “Roma” və “Yuventus”un səfərdən qolsuz heç-heçəylə dönmələri diqqətçəkən olub. Elə son ölkə çempionu “İnter” də xal itkisinə məruz qalıb. Milanlılar son illər ən keçilməz rəqiblərindən birinə çevrilən “Sampdoriya” səddini bu dəfə də keçə bilməyiblər. Əvəzində cari mövsümün sürpriz komandalarından “Latsio” uğurlu çıxışını davam etdirməkdədir.
İtaliya A Seriyası
8-ci tur
23 oktyabr
“Fiorentina” – “Bari” - 2:1
Qollar: Donadel, 34. Cilardinyo, 82 – Parisi, 90.
24 oktyabr
“Parma” – “Roma” – 0:0
“Bolonya”- “Yuventus” – 0:0
Matçın 36-cı dəqiqəsində “Yuventus”un hücumçusu Yakinta penaltidən yararlana bilməyib.
“Kyevo” – “Çezena” – 2:1
Qollar: Sezar, 31. Tereau, 90 – Quana, 45-öz qapısına.
Matçın 88-ci dəqiqəsində Bergen “Çezena”nın heyətində qırmızı vərəqəylə cəzalanıb.
“Cenoa” – “Kataniya” – 1:0
Qol: Rossi, 68.
“Latsio” – “Kalyari” – 2:1
Qollar: Flokkari, 22. Mauri, 53 – Matri, 59.
“Leççe” – “Breşiya” – 2:1
Qollar: Ofer, 54. Mişel, 61 – Karaççyolo, 19.
“Udineze” – “Palermo” – 2:1
Qollar: Benatya, 9. Di Natale, 54-pen. – Pinilya, 83.
Matçın 66-cı dəqiqəsində “Udineze”nin oyunçusu Koda qırmızı vərəqə alıb.
“İnter” – “Sampdoriya” – 1:1
Qollar: S. Eto´o, 80 - Quberti, 62.
25 oktyabr
“Napoli” – “Milan” – 1:2
Qollar: Lavetsi, 78 - Robinyo, 22. İbrahimoviç, 72.
Matçın 45-ci dəqiqəsində “Napoli”nin oyunçusu Pasiensa qırmızı vərəqə alıb.
| 1 | "Latsio" | 8 | 6 | 1 | 1 | 12-6 | 19 |
| 2 | "Milan" | 8 | 5 | 2 | 1 | 13-6 | 17 |
| 3 | "İnter" | 8 | 4 | 3 | 1 | 10-4 | 15 |
| 4 | "Kyevo" | 8 | 4 | 1 | 3 | 11-9 | 13 |
| 5 | "Yuventus" | 8 | 3 | 3 | 2 | 16-9 | 12 |
| 6 | "Napoli" | 8 | 3 | 3 | 2 | 14-11 | 12 |
| 7 | "Palermo" | 8 | 3 | 2 | 3 | 15-12 | 11 |
| 8 | "Cenoa" | 8 | 3 | 2 | 3 | 8-9 | 11 |
| 9 | "Leççe" | 8 | 3 | 2 | 3 | 7-13 | 11 |
| 10 | "Sampdoriya" | 8 | 2 | 5 | 1 | 10-8 | 11 |
| 11 | "Udineze" | 8 | 3 | 1 | 4 | 6-10 | 10 |
| 12 | "Breşiya" | 8 | 3 | 0 | 5 | 8-11 | 9 |
| 13 | "Kataniya" | 8 | 2 | 3 | 3 | 8-8 | 9 |
| 14 | "Roma" | 8 | 2 | 3 | 3 | 7-12 | 9 |
| 15 | "Fiorentina" | 8 | 2 | 2 | 4 | 9-10 | 8 |
| 16 | "Çezena" | 8 | 2 | 2 | 4 | 6-10 | 8 |
| 17 | "Bari" | 8 | 2 | 2 | 4 | 7-13 | 8 |
| 18 | "Bolonya" | 8 | 1 | 5 | 2 | 8-12 | 8 |
| 19 | "Kalyari" | 8 | 1 | 4 | 3 | 8-8 | 7 |
| 20 | "Parma" | 8 | 1 | 4 | 3 | 6-8 | 7 |
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
İngiltərə Xorvatiyaya, İspaniya Çexiyaya qarşı
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video