Almir Hurtiç: “Futbolçularım oyuna düzgün köklənməmişdi”

Almir Hurtiç: “Futbolçularım oyuna düzgün köklənməmişdi”
XƏBƏR 24 Oktyabr 2010 / 18:17 1851
-  A +

“Bu gün "Qarabağ" kimi güclü bir rəqiblə qarşılaşırdıq. "Qarabağ" Avropada sözünü demiş komandadır”. Qol.Az-ın məlumatına görə, bu sözləri "Muğan"ın baş məşqçisi Almir Hurtiç söyləyib.
Bu gün Unibank Premyer Liqasının 10-cu turu çərçivəsində doğma divarlar arasında “Qarabağ”la qarşılaşan və qolsuz heç-heçəyə razılaşan Salyan klubunun çalışdırıcısı oyunun ardından təşkil olunan mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Biz müdafiə futbolu oynamadıq, əks-hücümlar etdik. Qol vurmaq istədik, təəssüf ki, buna nail ola bilmədik. Futbolçularım oyuna düzgün köklənməmişdi. Bir neçə qol epizodumuz oldu, lakin istifadə edə bilmədik".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner