Nazim Süleymanov hava şəraitindən şikayətləndi

Nazim Süleymanov hava şəraitindən şikayətləndi
XƏBƏR 23 Oktyabr 2010 / 19:30 1713
-  A +

“İlk hissədə çox gözəl oyun göstərdik, bir neçə qol imkanından istifadə edə bilmədik. Bu, futboldur, bugün heç bir komanda qələbə qazanmasa da, dostluq qalib gəldi”. Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olan və qolsuz heç-heçəylə razılaşan “təyyarəçilər”in çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında daha sonra bunları söyləyib: "Hava şəraiti bugünkü oyuna təsir etdi. Rəqib komandanın futbolçuları autdan və cərimə zərbələrindən ötürmələrlə qapımız önündə təhlükəli epizodlar yaratdılar. “Qəbələ”yə uğurlar arzu edirəm".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner