U-21-lərin Avropa çempionatının seçmə qrupunda Azərbaycanla eyni qrupa düşən Albaniya U-21-nin baş məşqçisi Artan Buşati püşkatma ilə bağli Albaniya Futbol Federasiyasının rəsmi internet saytına açıqlama verib. Qol.Az-ın məlumatına görə, baş məşqçi çətin qrupa düşdüklərini söyləyib: “Belarus futbolu son vaxtlar inkişafdadır. Onların istər milli komandaları, istərsə də, klubları yaxşı oyun nümayiş etdirirlər. Elə BATE-nın Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmasını buna misal göstərmək olar. Avstriya və Şotlandiya isə Avropanın populyar futbol məktəbindən hesab olunurlar. Eyni zamanda baxımlı futbol oynayırlar. Azərbaycana gəlincə, onlar qrupda yeganə komandadırlar ki, yaxından tanıyırıq. Çünki son seçmə mərhələdə bu milli ilə eyni qrupda yer almışdıq. Azərbaycanlılarla Bakıdakı qarşılaşmamız 1:1, Albaniyadakı qarşılaımamız isə 0:0 hesabı ilə başa çatmışdı. Deyərdim ki, bütün rəqiblərlə bizi gərgin mübarizə gözləyir”.
Qeyd edək ki, Lippertin yetirmələri qrupdakı ilk matçlarını sentyabrın 9-da səfərdə məhz albanlara qarşı keçirəcəklər.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı