İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi ilə münasibətləri gərgin olaraq qalan hücumçu Ueyn Runi həftəlik maaşının 22 min avro artırılmasını istəyir. Qol.Az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, həftəlik 120 min avro nəğd pul təklif edilən Runi illik qazanc üçün klubdan 16 milyon avro tələb edir. Bununla yanaşı o, 5 illik müqavilə imzalayaraq Premyer Liqanın ən çox qazanan futbolçusu olmaq istəyir. Bu zaman da “Mançester Yunayted” klubu ilə futbolçunun istəkləri arasında kəskin fərq nəzərə çarpır. Məsələ ilə bağlı fikirlərini bildirən baş məşqçi Aleks Ferqyusson isə klubun Runini heyətdə saxlamaq üçün böyük fədəkarlıq etdiyini söyləyib. O bildirib ki, hazırkı müqavilə Runiyə təklif edilə biləcək ən yaxşı müqavilədir. Digər tərəfdən isə Mançester şəhərinin daha bir təmsilçisi “Mançester Siti” də Runi ilə maraqlanır. Hücumçunun hazırkı klubu ilə razılıq əldə etməyəcəyi halda “Mançester Siti” rəhbərliyinin Runini heyətdə qatmaq üçün “Mançester Yunayted”ə 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?