Həmyerlimiz Rəşad Sadıqovun forma geydiyi Türkiyənin “Eskişəhərspor” komandası bugün Türkiyə Superliqasında növbəti matçına çıxacaq. Qol.Az-ın verdiyi məlumata görə, Rəşadın komandası turun açılış qarşılaşmasında turnirin debutantlarından olan “Karabükspor”la qüvvəsini sınayacaq. Artıq “Eskişəhərspor” bu matç üçün hazırlıqlarına yekun vurub.
Türkiyə mətbuatı xəbər verir ki, “Eskişəhərspor”un bu günkü qarşılaşma üçün təxmini heyəti də məlumdur. Millimizin kapitanının ötən tur olduğu kimi, bu qarşılaşmada da start heyətində meydana çıxacağı gözlənilir. Rza Çalımbayla yolların ayrılmasından sonra baş məqşçi vəzifəsinə Bülənt Uyğunu təyin edən “Eskişəhərspor” ötən tur doğma azarkeşlər qarşısında qazanılan cari mövsümdəki ilk qələbəyə sevinmişdi. Eskişəhərlilərin minimal hesablı üstünlüyü ilə başa çatan qarşılaşmada Rəşad Sadıqov 90 dəqiqə meydanda qalmış və qələbədə böyük pay sahibi olmuşdu. Qazanılan bu qələbə ilə hesabındakı xalların sayını 6-a çatdırmış “Eskişəhərspor” hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Rəqib “Karabükspor” isə debutant olmasına baxmayaraq, səkkiz turdan sonra topladığı 14 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıb. Xatırladaq ki, onlar ötən tur lider “Bursaspor” ilə səfər qarşılaşmasından 1 xalla dönməyi bacarıblar - 2:2. Bu matçda da doğma azarkeşləri qarşısında qələbəyə oynayacaq “Karabükspor”a qarşı “Eskişəhərspor”u çətin mübarizə gözləyir. Bu qarşılaşma üçün “Eskişəhərspor”un təxmini heyəti belədir:
İvesa, Volkan, Nadarevic, Rəşad Sadıqov , Sezgin, Pele, Sezər, Doğa, Ərkan, Batuhan, Adəm.
Türkiyə Superliqası
9-cu tur
22:00. “Karabükspor” – “Eskişəhərspor”
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?