Unibank Premyer Liqasının növbəti turunda “Turan”la qarşılaşacaq “Xəzər Lənkəran” bu oyunun hazırlıqlarına dünəndən etibarən Lənkəranda start verib. Qol.Az-ın məlumatına görə, Lənkəran stadionunun yardımçı meydançasındakı ilk məşqinə saat 17:10-da çıxan Mirça Rednikin komandasının paytaxtdan nə vaxt gələcəyini və məşqin neçədə başlayacağını çox az azarkeş bildiyindən, hazırlıq prosesini izləyənlər də çox olmayıb. “Ağ-yaşıllar”ın son məşqində bir çox futbolçular gözə dəyməyib. Emeka Opara, Tural Cəlilov, Dieqo Souza, Davit İmedaşvili, Kamran Ağayev, Dieqo Ruis məşqdə müxtəlif səbəblərdən yox idilər. Bəzilərinin zədəsi olduğu halda, digər oyunçuların məşqdə iştirak etməməsinin səbəbi bilinməyib. Əvəzedici heyyətdən dəvət olunan Nicat Həbibovla yanaşı adı artıq əsas heyyətlə birgə iştirak ərizəsinə yazılmış Amid Hüseynov da müəyyən fasilədən sonra əsas heyyətlə məşq edib.
Qapıçılarla çalışan məşqçi Hafiz Əliyev Denis Romanovsla Orxan Sadıxlıya ayrı məşq keçib.
Komandanın düşərgəsindəki ab-havanın yüksək olduğu bildirilir. Sözügedən məşq prosesini klub prezidenti Mais Mənsimov da izləyib.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?