Ötən bazar günü “İnter”in nümayəndələri məşhur “Milan Junior Camp” layihəsinin keçirildiyi Milan şəhərindən qayıdıblar. Qol.Az-ın məlumatına görə, Milan turnirinin iştirakçılarından biri də 14 yaşlı Nəhavəndi Mansur olub. Paytaxt klubunun rəsmi saytına danışan turnir barədə məlumat verib və San-Siro publikasının onu və digər iştirakçıları alqışladığını görən zaman dünyanın ulduz futbolçuları kimi, köynəyini çıxarıb tamaşaçılara atmaq istədiyini etiraf edib:
- Mansur, səfər təəssüratlarını danışardın…
- Səfər əla idi. Növbəti gün səhər “Milan Junior Camp” layihəsi çərçivəsində keçirilən turnirdə iştirak etmək üçün bazaya yollandıq. Buraya dünyanın 35 ölkəsindən uşaqlar gəlmişdilər. Turnirdə iştirak etmək üçün 1996-cı və 1997-ci il təvəllüdlü futbolçuları bir komandada birləşdirdilər. 3 qarşılaşma keçirdik, 2-də qalib gəldik. Bizim komanda yalnız İndoneziya millisinə məğlub oldu. Bu komanda da turniri qalib başa vurdu. Biz isə turniri 3-cü yerdə başa vurduq. Düşünürəm ki, Azərbaycanı ləyaqətlə təmsil etməyi bacardıq. Bunu turnir təşkilatçıları tərəfindən səsləndirilən ifadələr də təsdiqləyir. Onlar əlimizi sıxaraq bizə və məşqçilərimizə yaxşı oyuna görə təşəkkür etdilər.
- Sonra siz əfsanəvi “San-Siro” stadionunda oldunuz...
- Bəli, “Milan” – “Kyevo”qarşılaşmasının keçirildiyi “San-Siro”da olduq. Orada dünya futbolunun bir neçə ulduzunu gördük. Fasilədə isə “Milan Junior Camp” layihəsinin iştirakçılarını aşağıya dəvət etdilər və futbol meydançası ətrafında dövrə vurmağımızı istədilər. Mən təsvir edilə bilməyən hisslər yaşadım. Publika bizi o qədər isti salamladı ki, hətta köynəyimi çıxarıb, tamaçaçılara atmaq istədim (gülür). Milan səfərini belə başa vurduq.
- Necə düşünürsən, uşaqlar üçün belə səfərlərin sayını artırmaq lazımdırmı?
- Bəli, lazımdır. Belə turnirlər Azərbaycanda uşaq futbolunun inkişafında böyük rol oynayır. Yaşadıqlarımızı sözlə çatdırmaq mümkün deyil. Belə turnirlərin çox olmasını istərdim.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video