Türkiyənin “Gənclərbirliyi” komandasında məşqçi dəyişikliyi baş verib. Qol.Az-ın türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi Tomas Doll ilə yollarını ayıran rəhbərlik onun köməkçisi Rulf Zumdik ilə davam etməyə qərar verib. Klubun prezidenti İlhan Cavcavla birlikdə mətbuat konfransında Doll da iştirak edib. İlhan Cavcav verdiyi açıqlamada bunları söyləyib: “Bəzi səbəbləri nəzərə alaraq Doll ilə yollarımızı ayırmaq qərarına gəldik. Qarşılıqlı danışıqlar nəticəsində bu qərarı qəbul etdik. Dolla 410 min avro təzminat ödəyərək müqavilənin ləğv edilməsi ilə bağlı razılığa gəldik. Ona bundan sonrakı işlərində uğurlar arzulayıram. Dostluqla başlamışdıq, elə də ayrılırıq. Aramızda hansısa anlaşılmazlıqdan söhbət gedə bilməz. Köməkçisi Zumdik ilə davam etməyə qərar verdik. Bu barədə Doll özü bizə bunu məsləhət gördü”.
Prezident Cavcavdan sonra fikirlərini söyləyən Tomas Doll isə bunları bildirib: “İl yarım öncə burada işləməyə başladım. Bütün məşqçilərə və futbolçulara təşəkkür edirəm. Burada keçirdiyim zaman mənim üçün çox dəyərlidir. Bütün gün ərzində futbol barədə düşünən bir prezidentlə işlədim. Belə bir təcrübə qazandığım üçün çox xoşbəxtəm. Mənə qarşı hər kəs çox qonaqpərvər idi. Hazırda mənim üçün önəmli olan klubun uğur qazanması və yaşamasıdır. Komandamıza dəstək verən azarkeşlərimizə də çox təşəkkür edirəm”.
Çıxışının sonunda Almaniyaya qayıdacağını bildirən Tomas Doll bir gün yenə Türkiyədə işləyə biləcəyini söyləyib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video