«Rövnəq Abdullayev futbolumuzun inkişafı üçün real işlər görmək həvəsindədir. Legioner limitinin tətbiq olunmaması da düzgün qərardır». Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA prezidentiylə klub rəhbərləri arasında keçirilən görüşə münasibət bildirən «Xəzər-Lənkəran»ın prezidenti Mais Mənsimov söyləyib. O, Gəncə futbolunun bərpası böyük iş olduğunu, Rövnəq Abdullayevin stadion məsələsində klublara yenə güzəşt etdiyini deyib: «Mən hesab edirəm ki, klublarımız onun tövsiyyələrinə qarşı xüsusi diqqətli olmalıdırlar. Vaxtilə Rövnəq bəy Bakını təmsil edən klublara əyalətlərə köçməyi tövsiyyə etmişdi. Təəssüf ki, onun məsləhəti birmənalı qarşılanmadı və müxtəlif cür yozuldu. Halbuki çoxları bu işin çətinliyindən qorxdu. İnanın ki, əyalətdə klub yaratmaq Bakıyla müqayisədə on dəfə çətindir. Amma əgər biz ölkə futbolunu inkişaf etdirmək haqda düşünürüksə, kütləviliyə nail olmalıyıq. Bunun yolu isə əyalətlərə xüsusi diqqət yetirməkdən keçir».
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı