Futbol üzrə Peru çempionatının II liqasında çıxış edən “Hijos de Akosvinços” klubunun prezidenti Ameriko İbanyes şok iddia irəli sürüb. Qol.Az-ın məlumatına görə, İbanyes ötən həftəsonu oynadıqları qarşılaşmada rəqib “Sport Ankaş” komandasının rəsmilərinin “Hijos de Akosvinços”un futbolçularına su əvəzinə uyuşdurucu maddə verdiklərini açıqlayıb.
O bildirib ki, matçın fasiləsində verilən uyuşdurucu tezliklə oyunçulara mənfi təsirini göstərib. “Hijos de Akosvinços”un futbolçularından 4-ü ikinci hissədə huşunu itirib. Tibbi müayinə nəticəsində onların qanında narkotik maddə aşkarlanıb.
“Sport Ankaş” klubunun prezidenti Xose Mallki isə bu olayı “Hijos de Akosvinços” futbolçularının matçdan öncə qızardılmış toyuq yemələri ilə əlaqələndirib. Onun fikrincə, oyunçular məhz toyuq ətindən zəhərləniblər. Ameriko İbanyes isə rəqib həmkarının bu açıqlamasına etiraz edib: “O, nə danışdığını bilmir. Toyuq zəhərlənməsinin əlamətləri uyuşdurucudan fərqlənir”.
Qeyd edək ki, oyun “Sport Ankaş”ın qələbəsi ilə nəticələnib – 3:0. (Lent.az)
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da