Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Rail Məlikov ilin sonunadək yaşıl meydançalara həsrət qalacaq. Qol.Az-ın məlumatına görə, bu haqda Lent.az-a 25 yaşlı müdafiəçinin özü məlumat verib. Məlikov bildirib ki, öncədən xaricdə müalicə olunma variantı nəzərdən keçirilsə də, sonradan elə Bakıda həkim nəzarətində qalması məqsədəuyğun sayılıb. Hazırda müalicəsini “Modern Hospital”da davam etdirən futbolçu bir ay sonra yüngül məşqlərə başlaya biləcəyini deyib: “Ayağımdakı gips açılsa da, sarğıda gəzirəm. Bir aydan sonra yüngül məşqlər edə biləcəyəm. Amma yaşıl meydançalara dönüşüm ilin sonunadək mümkün olmayacaq”.
Qeyd edək ki, Rail Məlikov oktyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinin Türkiyə yığması ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçında xəsarət alıb. O, 45-ci dəqiqədə rəqib futbolçu Tuncay Şanlı ilə toqquşma nəticəsində zədələnib. Ayaq bağları qırılan futbolçu oyunu davam etdirə bilməyib və onu Aleksandr Çertoqanov əvəzləyib. Oyun isə komandamızın qələbəsi ilə nəticələnib – 1:0.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da