“Ahmet Dursun və Fatih Sonkayanı transfer etməklə bir daha məqsədimizin qitə səviyyəli komanda yaratmaq olduğunu ortaya qoyduq. Ölkə daxilində “Xəzər-Lənkəran”ın yüksələ bilməyəcəyi zirvə yoxdur. Biz çempionluq barədə planlar qurub Çempionlar Liqasında iştirak haqda düşünürük». Qol.Az-ın məlumatına görə, bu sözləri «Xəzər-Lənkəran» klubunun prezidenti Mais Mənsimov söyləyib. O, bu yay qitə kuboklarındakı uğursuzluq sindromuna son qoymaq niyyətində olduqlarını açıqlayıb: «İqor Ponomaryov rəhbərlik tərəfindən tam dəstək görəcək, onun ideyalarını reallaşdırması üçün hər cür şərait yaradacağıq. Bütün gərəkli transferlər həyata keçiriləcək. Şükürlər olsun ki, bunun qarşısını ala biləcək maliyyə çətinliklərimiz yoxdur».
Komandanın azarkeşlərinin dəstəyinə böyük ehtiyacı olduğunu söyləyən M.Mənsimov hesab edir ki, bütün çətinliklərə baxmayaraq, komandanın Lənkərana köçməsi birmənalı şəkildə düzgün qərardır: “Xəzər-Lənkəran”ı azarkeşlər üçün yaratmışıq. Bu komanda onların yanında, gözləri qarşısında olmalıdır. “Xəzər-Lənkəran” azarkeşi ən yaxşıdır. Fatih Sonkaya və Ahmet Dursun kimi futbolçular onlara layiq olmalıdırlar. Ən yaxşı azarkeşlərin komandası da ən yaxşı olmalıdır. İşimizi bu istiqamətdə qurmuşuq».
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı