Xarkovun “Metallist” klubu futbol üzrə Ukrayna çempionatının bürünc medallarından məhrum edilib. Qol.az-ın məlumatına görə, belə bir qərarı Ukrayna Futbol Federasiyasının (FFU) Apellyasiya Komitəsi verib.
“Metallist” 2008-ci ildə “Karpatı” ilə danışılmış oyuna çıxdığı üçün cəzalandırılıb. Xarkov klubu 2011-2012-ci il mövsümündə 9 xaldan da məhrum ediləcək. Bürünc medalların 2007-2008-ci il mövsümündə 4-cü yeri tutmuş “Dnepr”ə verilib-verilməyəcəyi isə hələ bilinmir. Yalnız o məlumdur ki, “Karpatı” FFU-nin qərarından İsveçrənin Lozanna şəhərindəki İdman-Arbitraj Məhkəməsinə şikayət etmək istəyir. Lakin Lvov komandasına turnir cədvəlindəki mövqeyinə təsir edəcək hansısa cəzanın verildiyi haqda məlumat yoxdur. Əvvəllər hər iki klubun 2010-2011-ci il mövsümündə 9 xaldan məhrum ediləcəyi bildirilirdi.
FFU Apellyasiya Komitəsi, həmçinin “Karpatı”nın sabiq futbolçusu Sergey Laşenkovun və “Metallist”in baş direktorunun müavini Yevgeni Krasnikovun ömürlük cəzasını 5 ilə endirib. “Karpatı”nın baş direktoru İqor Dedışkin isə 5 il əvəzinə 3 illik şərti cəza alıb. Lvov klubunun “Metallist”lə qarşılaşmada iştirak etmiş bütün futbolçuları 2 illik şərti diskvalifikasiya ediliblər.
“Metallist” – “Karpatı” matçı 2008-ci ilin aprelində keçirilib və meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 4:0. 2010-cu ilin əvvəlində FFU-ya Laşenkovun “Karpatı”nın fəxri prezidenti Pyotr Dıminskiyə oyunun danışılmış olduğunu etiraf etdiyi videoyazı daxil olub. Bundan sonra araşdırma başlanılıb. Nəticədə FFU görüşün danışılmış olduğunu açıqlayıb. Baş verən qalmaqalla əlaqədar “Metallist”in baş məşqçisi Miron Markeviç Ukrayna yığmasında tutduğu eyni postdan istefa verib.
Qeyd edək ki, Sergey Laşenkov “Karpatı”dan ayrıldıqdan sonra Bakının “Olimpik” (indiki AZAL) klubuna keçib. Moldovalı müdafiəçi paytaxt klubunda bir müddət çıxış etdikdən sonra ötən mövsümün sonunda qovulub. (Lent.az)
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video