«Bu gün bizim komandada əzmkarlıq çatmadı. «Qarabağ» Azərbaycanın ən güclü komandalarından biridir. Təəssüf ki, hucumlarımız nəticə vermirdi». Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqasının bu gün «Qarabağ»a qarşı oyunundan (0:2) sonra «Bakı»nın baş məşqçisi Vinfrid Şefer deyib.
O, aparıcı futbolçuları Jabanın cəzasının artıq başa çatdığını və onun növbəti oyunlarda meydana çıxaraq komandasına kömək edəcəyini bildirib. Şefer qarşıdakı turlarda «Bakı»nın uğurlu nəticə göstərəcəyinə inandığını deyib: "Komandamız bərbad oynadı. Məğlub olduğumuz üçün məyusam. Qalib gəlmək üçün meydanda vuruşmaq lazımdır, lakin futbolçularımız bunu bacarmadılar. MOİK-lə oyundan sonra bugünkü qarşılaşmada da qalib gəlmək istəyirdik. Qarşıda "İnter" və "Neftçi" ilə vacib oyunlarımız var. Futbolçular üçün klubda hər cür şərait yaradılıb, lakin bunun qarşılığında belə oyun göstərilməsi qəbulolunmazdır".
Jurnalistlərin bu gün azarkeşlərin onu istefaya səsləməsi və növbəti oyunlarda uğursuzluqlar olacağı halda komandadan gedib-getməyəcəyi haqda sualını almaniyalı mütəxəssis cavabsız qoyub. O, «mən bu suala cavab vermək istəmirəm» deyərək mətbuat konfransını yarımçıq tərk edib.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da