Mirça Rednik “Dinamo”nun əfsanəvi futbolçuları siyahısına düşdü

Mirça Rednik “Dinamo”nun əfsanəvi futbolçuları siyahısına düşdü
XƏBƏR 20 Oktyabr 2010 / 17:02 1754
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Buxarest “Dinamo”sunun ən yaxşı futbolçularından biri kimi tarixə düşüb. Qol.Az-ın məlumatına görə, Rumıniyanın nüfuzlu idman mətbu orqanı olan “Gazeta Sporturilor” Buxarestin “Dinamo” və “Styaua” klublarının tarixlərində ən güclü oyunçularından ibarət heyətləri tərtib edib. “Dinamo”nun 11 ən yaxşı futbolçusu sırasında Mirça Rednik də yer alıb. Onunla birgə həmin siyahıda Donetsk “Saxtyor”unun baş məşqçisi Mirça Luçeskunun da adı çəkilir.


Son xəbərlər