“Simurq”la oyunumuzdan sonra da qeyd etmişdim ki, oyuna əvvəlki matça çıxan “ilk 11-lik”lə başlaya bilmək yaxşı əlamətdir. “Muğan” matçına komandamız ardıcıl olaraq üçüncü dəfə eyni heyətlə başladı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Toni Adamsın əsas köməkçilərindən olan Qari Stivens söyləyib.
Unibank Premyer Liqasının son turunun “Muğan”la oyununu analiz edən mütəxəssis klubun rəsmi saytına verdiyi açıqlamada daha sonra bunları vurğulayıb: “Buna baxmayaraq məşqçi heyəti olaraq biz tamamilə oyuna köklənmişdik. Turnir cədvəlindəki vəziyyətimizi yaxşı dərk edirdik. Çünkü bizim “Muğan”la bir xal fərqimiz vardı və bir pillədə yuxarıda idik. Bu oyun bizim üçün həm də turnir cədvəlində “Muğan”dan aralanmaq üçün əla fürsət idi. Onların vurduğu və buraxdığı qol sayı bizimkinə çox yaxın idi. Ona görə də biz oyunun çox gərgin keçəcəyini hiss edirdik. Bu oyunda birinci qolu vurmaq da çox vacib idi. “Muğan” əvvəlki oyunlarda “Xəzər Lənkəran”, “İnter” və “Neftçi” də daxil olmaqla güclü rəqiblərə qarşı gözəl oyun sərgiləmişdi. Torresin məshuldar ötürməsindən sonra Branimirin 5-ci dəqiqədə bizi 1:0 önə keçirməsi məhz istədiyim start idi. Biz oyuna daha aktiv başlamışdıq. Oyunçlarımızın yaxşı paslaşması və düzgün mövqe seçimi nəticədə ikinci qolu gətirməli idi. İlk 45 dəqiqəni 2:0 öndə bitirmək bizim üçün əla mükafat olacaqdı. Biz oyun boyunca hücum qurmaq üçün bir çox variantdan istifadə edirdik (cərimə zərbələri, künc zərbələri və autdan cərimə meydancaçına atılan toplar). İkinci qol da sol cinahdan Torres və Silvanın birgə başladığı cərimə zərbəsindən gəldi. Torresin mükəmməl asmasını Deon başla qapıya göndərdi. Bu epizodda Deonun mövqe seçimini də qeyd etməliyik. Başa düşürdük ki, “Muğan” ikinci hissədə əvəzetmə edəcək və oyuna sürətlə başlayacaq. Həqiqətən də elə etdilər. 2:0 hesabı ilə öndəykən üstün futbol nümayiş etdirmək bəzən çətin olur və bu səbəbdən komandamız ikinci yarıda heç də ən yaxşı oyununu göstərmədi. İkinci 45 dəqiqədə futbolçularımız meydançada yorğun təsir bağışlayırdılar və bu səbəbdən üstünlüyü əldən verməmək üçün bəzi dəyişikliklərə əl atmaq məcburiyyətində qaldıq. Hazırda yaxşı formada olan Kamaranın meydançaya daxil olması ilə komanda oyunundakı hərəkətliliyi daha da artırmağa müvəffəq olduq. Bunu qətiyyətlə ifadə etmək olar ki, klub daxilində futbolçular arasında oyun sistemimizin və tərzimizin oturduğuna, bunun bizi daha böyük uğurlara daşıyacağına və heyət uğrunda rəqabətin artdığına dair inam yaranıb. Milan artıq altı oyunluq cəzasını tamamladı. İndi bütün futbolçularımız sağlam və formadadır. Bu məşqçi heyəti üçün ən arzu olunan haldır. Oyunda dörd oyunçumuz sarı vərəqə gördü. Buna görə də artıq iki və üç aparıcı oyunçumuzun birdən cəzalı vəziyyətə düşməməsi üçün diqqətli olmalıyıq. Qaydalara görə 4 sarı vərəqə görən futbolçu növbəti turun oyununda cəzalı olur. Bundan əvvəl “Bakı” ilə oyunda qırmızı vərəqə görən Lyuba Baranin 3, Milan Antiç isə 6 oyun buraxmalı olmuşdu. Bundan sonra biz bütün futbolçuları hazır olmasına diqqət etməliyik. Cəriməyə görə sarı vərəqə görmək hardasa qəbul edilə bilər. Ancaq hakimin qərarından sonra topu çölə ataraq sarı vərəqə görmək axmaqlıqdır”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video