Unibank Premyer Liqasının son turu cari mövsümün yeganə məğlubedilməz komandası kimi fərqlənən “Xəzər Lənkəran”ın da seriyasının başa çatmasıyla nəticələndi. Qol.Az-ın məlumatına görə, cari mövsümün arxada qalan 10 oyununda (2-si avroliqa, 8-i çempionat) heç kimə uduzmayan bu komanda 9-cu turun “Gəncə” ilə qarşılaşmasında seriyasının qırılmasına üzüldü.
Qeyd edək ki, lənkəranlılar sonuncu dəfə ötən mövsüm məğlubiyyətə üzülmüşdü. Həmin mövsümün son qarşılaşmasının – kubokun finalının “Bakı” ilə görüşünü (1:2) əlavə vaxtda uduzduğunu nəzərə alsaq futbolçular həmin oyunun 90 dəqiqəsini də uduzmamışdı. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” 11 oyun idi uduzmurdu. Son yenilgi mayın 15-də “Bakı” ilə matça (0:1) təsadüf etmişdi. Komanda düz 155 gün heç kimin qələbəsinə imkan verməmişdi və bu 22 həftədən artıq sürən seriya sona çatdı.
Bu, həm də baş məşqçi Mirça Rednik üçün klubdakı ilk məğlubiyyət oldu. O, debütündən sonrakı 9-cu matçda uduzmağın nə olduğunu bildi. Çünki komanda sonuncu dəfə sabiq baş məşqçisi Ağasəlim Mircavadovun rəhbərliyi altında uduzmuşdu.
Gəncədəki məğlubiyyət həm də böyük hesablı olması ilə yadda qaldı. Bu 7-ci mövsümdür ki, Premyer Liqada çıxış edən “Xəzər Lənkəran”ın ölkə çempionatlarında ilk belə yenilgisidir. Komanda çempionatda heç kimə 2-dən artıq top fərqi ilə uduzmamışdı. Bu göstəricidə “Xəzər Lənkəran” mütləq Azərbaycan rekordçusu idi. Yəni 1992-ci ildən bəri güclülər dəstəsində çıxış etmiş bütün komandalar böyük hesabla uduzsa da “Xəzər Lənkəran” yeganə istisna idi. Lakin artıq bu istisna da yoxdur.
Qeyd edək ki, “Xəzər Lənkəran” yarandığı gündən yalnız 2 rəsmi matçda 3 və ya daha artıq top fərqi ilə uduzmuşdu. Bunların biri ölkə kubokuna (2005/06 mövsümündə “Karvan”a 0:3) digəri isə UEFA kubokuna (2008/09 mövsümün Polşada “Lex”ə 1:4) təsadüf etmişdi.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video