FİFA-nın Yarışların Keçirilməsi Departamentinin stadionlar və infrastruktur üzrə mütəxəssisləri Oliver Voqt və Neriko Digues, marketinq üzrə mütəxəssis Mark Palliopi, eləcə də otellərlə tanışlıq üzrə mütəxəssis Metyu Hardinq ölkəmizdə səfərdədirlər. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, səfərin məqsədi 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandaların dünya çempionatına hazırlıq işləri ilə tanış olmaq, stadionlar, otellər və ümumilikdə infrastrukturla bağlı məlumat toplamaqdır. FİFA nümayəndələri U-17 qızlar arasında DÇ-nin yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək indiyə qədər görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıblar. Bakıda hazırda fəaliyyət göstərən, eləcə də inşası davam edən stadionlarla, həmçinin otellərlə tanış olan beynəlxalq futbol qurumunun üzvləri eyni məqsədlə bu gün Lənkərana yola düşüblər.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da