“Türkiyə milli komandası ilə matçda Azərbaycan yığmasının futbolçuları daha istəkli idilər. Demək olar ki, rəqib komanda oynamadı. Futbolçularımız türkiyəli həmkarlarını bütün komponentlərdə üstələdilər”. Qol.Az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.
49 yaşlı mütəxəssisin sözlərinə görə, oktyabrın 12-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Türkiyə millisi Azərbaycan yığmasına qarşı saymazyana münasibətinin nəticəsində cəzalandırılıb. O bildirib ki, “ay-ulduzlular” hətta yoldaşlıq görüşündə daha istəkli görünüblər.
Əvvəllər Bakının “Olimpik” klubunun (indiki AZAL) baş məşqçisi postunda da çalışmış Abdullayev antifutbol oynadığı üçün xeyli tənqidlərə məruz qalıb. Təcrübəli mütəxəssisin fikrincə, Azərbaycan millisi məhz belə oyunla Türkiyəni yenib, “İnter” isə ötən mövsüm İtaliya çempionu olub: “Əvvəla, əgər biz antifutbol oynaya-oynaya Azərbaycan çempionatında demək olar ki, bütün rəqiblərimizi yenirdiksə, 2007-2008-ci il mövsümünü gümüş medalla başa vurmuşduqsa, rəqiblərimizin oynadığı futbola nə ad vermək olardı. Digər tərəfdən, mən əlimdə olan futbolçulara uyğun taktika qururdum. Bu da sürətli hücumlar və standart vəziyyətlərdən maksimum yararlanmağa hesablanmış taktika idi. Hansı ki, məhz belə oyunla Azərbaycan yığması Türkiyəni 1:0 hesabı ilə yendi. Standart vəziyyətdən qol vurdu. Ötən mövsüm isə “İnter” İtaliya çempionu oldu”.
Qeyd edək ki, Əsgər Abdullayev 2002-ci ilin oktyabrından 2003-cü ilin sonlarınadək Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Sonradan “Bakı” və “Olimpik” komandalarına da rəhbərlik etmiş Abdullayev 2009-cu il noyabrın 23-dən işsizdir. (Lent.az)
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video